Arpine Melikyanın “ürəyi partlayır” – Şuşanın Azərbaycanın mədəni paytaxtı olmasına görəbackend

Arpine Melikyanın "ürəyi partlayır" - Şuşanın Azərbaycanın mədəni paytaxtı olmasına görə

“Bu gün baş verən faciəli hadisələr Ermənistan hakimiyyətinin həm müharibə dövründə, həm də ondan sonrakı ardıcıl və cinayətkar hərəkətlərinin nəticəsidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Ayaçk” analitik mərkəzinin (“Baxış”) mütəxəssisi Arpine Melikyan bildirib.

O vurğulayıb ki, “Ermənistan hakimiyyətinin ciddi müqavimətini görməyən Azərbaycan arzu olunan bütün məsələlərdə uğur qazanaraq gündəmini kifayət qədər sürətli bir templə davam etdirir. Bu məsələlərdən biri də Şuşa şəhərinin Azərbaycanın mədəni paytaxtı elan edilməsi qərarıdır”.

A.Melikyanın sözlərinə görə, bu qərar gözlənilməz deyildi:

“Azərbaycan da Türkiyə kimi, 44 günlük müharibədən dərhal sonra, Şuşanın Azərbaycanın paytaxtına çevrilməsindən, sözdə tarixi görünüşünün bərpasından bəhs etməyə başladı. Qeyd edək ki, yalnız bu iki dövlət belə düşünmür. Bu ilin əvvəlindən bəri Türkiyə və Azərbaycanın, həmçinin Qırğızıstan, Qazaxıstan və Özbəkistanın da daxil olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana mütəmadi olaraq Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan etməsini təklif etmişdi”.

Ekspert hesab edir ki, “Ermənistan hakimiyyəti, heç olmasa, erməni tarixi və mədəni abidələrini və ibadət yerlərini qorumaq baxımından bu məsələlərlə əlaqəli riskləri azaltmaq üçün açıq addımlar atmadı.

Əksinə, son aylarda Şuşa şəhəri ilə bağlı Ermənistanın ən yüksək tribunalarından səsləndirilən müxtəlif absurd bəyanatların və şərhlərin şahidi olduq. Üstəlik, düşmən dəyirmanına su tökməklə, bu gün Şuşadakı erməni izini tamamilə itirmək ərəfəsində olduğumuz nöqtəyə gəldik. Azərbaycan Ermənistanın səssizliyindən və istənilən məsələyə müdaxilə etməməsindən istifadə edir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Elşen
    May 8, 2021 - 18:42

    Ay qehbe siz dünyanın ve Türkiyenin sessizliyinden istifade edib “genosid qubanları” nızın sayını 1,5 milyona, “yerevanın” tarixini ise 19 mine çatdırmısınızeeeeeeeeeeeeeeeee!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*