Artıq ermənilərin bütün Qarabağdan qovulacağına heç kim şübhə etmir – “Hraparak”backend

Artıq ermənilərin bütün Qarabağdan qovulacağına heç kim şübhə etmir - “Hraparak

“Artıq Ermənistan hakimiyyətinin erməniləri bütün Qarabağdan qovmaq planına heç kim şübhə etmir”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Qarabağda heç kim şübhə etmir ki, Ermənistanın Baş naziri Paşinyan erməniləri bütün Qarabağdan qovmağı planlaşdırır. Əks halda Laçın, Zabux və Sus kəndlərindən təxliyə edilmiş vətəndaşlar mütləq Qarabağa köçürülərdi. Onlara Qarabağda qalmaq və ya Ermənistana köçməklə bağlı seçim hüququ verilməzdi.

Belə olan halda insanlar Ermənistana köçməyə üstünlük verirlər. Çünki onlar düşünürlər ki, nə vaxtsa Paşinyanın konspirativ qərarı nəticəsində Xankəndidən və Qarabağın digər yaşayış məntəqələrindən də ermənilərin qovulması baş verəcək.

Artıq bir neçə gündür ki, Laçın və Zabux kəndlərinin sakinlərinin əmlaklarının təxliyəsi dövlət səviyyəsində təşkil olunub. Əvvəlcə Şuşanın Kiçik Qaladərəsi kəndində Zabux sakinləri üçün evlərin təmir olunduğu deyilirdi. Lakin sonra planlar dəyişdi. Artıq köçən ailələr var. Onların bir qismi Qarabağın başqa rayonlarına, çoxu isə Ermənistana köçüb. Amma indiyə qədər heç kim tamamilə köçməyib.

Sus kəndinə gəlincə, o, müharibədən dərhal sonra boşaldılıb. Orada 100-ə yaxın ailə yaşayır. İlkin məlumatlara görə, göstərilən üç kəndin əhalisinin cəmi 10-15%-i Qarabağda məskunlaşmaq arzusunda olduğunu bildirib”, – deyə qəzet qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*