“Azərbaycanın keçid məntəqəsi Arayik Arutyunyanı çıxılmaz vəziyyətə salıb”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağda müvəqqəti məskunlaşan separatçılar erməni mediasına bildirib. Onlar Həkəri körpüsünün bloklanmasının ən çox Arayik Arutyunyanı çıxılmaz vəziyyətə saldığını bildiriblər.
“Qarabağlılar dünəndən internetdə Azərbaycanın nəzarət-buraxılış məntəqəsini, Həkər çayı körpüsünün yaxınlığında quraşdırılmış blokpostunu əks etdirən videolar yayırlar.
Aprelin 23-də Ermənistanla Qarabağ arasında yolu kəsən blok qoyulub. Qarabağlılar bu yolun sadə əhali üçün “yox” olduğunu bildirirlər. Onlar qeyd edir ki, bu yolun bloklanması Arayik Arutyunyanı çıxılmaz vəziyyətə salıb. Çünki “Arsax” “prezident”i bu yolla gedib-gəlirdi”, – deyə media yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
