Arxeoloqlar hindilərə məxsus hamam tapdılar – VİDEObackend

Arxeoloqlar hindilərə məxsus hamam tapdılar - VİDEO

Meksika Milli Antropologiya və Tarix İnstitutunun alimləri Meksikada hindilərin qədim hamamını aşkar ediblər.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı institutun rəsmi saytı yayıb. Temaskal buxar hamamı bu ərazidə ispanlara qədər yerli hindilərə məxsus olub. Arxeoloji tapıntı XIV əsrə aiddir. Temaskal isti bir su üzərində qurulmuşdur. Burada oturmaq üçün skamyalar da quraşdırılıb. Hamamın uzunluğu təxminən beş metr, eni isə üç metrdir. Yerli hindilər hamamdan yalnız gigiyena və müalicə məqsədləri üçün istifadə etməyiblər. Ehtimal olunur ki, burada, hətta analar körpə də dünyaya gətirirmişlər. Əvvəllər Meksika cəngəlliklərində mayyalara məxsus min yaşı olan saray tapılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*