“Arzuolunmaz şəxs” elan edilən rusiyalı diplomatlar Bolqarıstanı tərk etdilərbackend

“Arzuolunmaz şəxs” elan edilən rusiyalı diplomatlar Bolqarıstanı tərk etdilər

Bolqarıstanda casusluq ittihamı ilə “arzuolunmaz şəxs” elan edilən rusiyalı diplomatlar bu gün ölkəni tərk ediblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Rusiyanın Sofiyadakı səfirliyinə istinadən yayıb. Hər iki diplomata qarşı təhqiqat başlanılıb və onlar persona non qrata (“arzuolunmaz şəxs”) elan edilib. Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstan hökumətinin qərarını əsaslandıran sübutların olmadığını bəyan edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*