ASAN Radio canlı müsahibələri dayandırıb.
KONKRET.az xəbər verir ki, səbəb koronavirus epidemiyasının tibbi profilaktikasına görə təmasdan çəkinməkdir. ASAN Radio müasir texnologiya ilə müsahibələrini dəqiq və operativ tərzdə efirə verəcək. Radionun heyəti gücləndirilmiş rejimdə işini davam etdirir. Həftəiçi (şənbə və bazar daxil) hər gün səhər 8.00-dan axşam saatlarınadək “ASAN xəbər”, “100 FM-də 100 saniyə xəbər”, “Xüsusi buraxılış”lar yayımlanır.
