Aslandüzün cümə-imamı: “Sionist rejimi Azərbaycanın son vaxtlarda fəallaşmasında rol oynayır”backend

Aslandüzün cümə-imamı: "Sionist rejimi Azərbaycanın son vaxtlarda fəallaşmasında rol oynayır"

Ərdəbil vilayətinin Aslandüz şəhərinin cümə-imamı Əzim Əsədzadə deyib: “SEPAH-ın gücünü nümayiş etdirən hərbi təlimlər İran gənclərinin vətəni müdafiə etməyə hazır olduğunu göstərir”.

KONKRET.az xəbər verir ki, o, Azərbaycan tərəfindən “qeyri-stabillik yaradan bütün hərəkətlərin sionist rejim (İsrail) mikrobundan qaynaqlandığını” bildirib:

“Bizim qarşımızda qiymət təyin edənlər və özləri olmayanlar üçün bütün bunları görməzdən gəlməyimiz tezdir. Çünki plan və təxribatların bölgədə sionist rejimi tərəfindən həyata keçirildiyini bilirik”.

“Azərbaycan xalqı oyaqdır. Ümid edirik ki, bu ölkənin hakimiyyəti də oyanacaq və biləcək ki, şirin quyruğu ilə oynamaq olmaz. Çünki İran xalqı 50 ölkəyə qarşı səkkiz il müqəddəs müharibə aparıb və ölkənin bir qarışının belə düşmənlərə verilməsinə imkan verməyib”,- deyə axund sözünü tamamlayıb.

Qeyd edək ki, Əzim Əsədzadə son gərginliyin əsl səbəbini malalamağa çalışsa da, bu alınmayıb. Bu gərginliyə səbəb məhz İranın qanunsuz olaraq Xankəndiyə naməlum yüklər daşıması olub, hansısa bölgədən kənar dövlətlər və ya siyasi avantüralar olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*