Astarada bir nəfər (kişi) dənizdə batıb.
KONKRET.az xəbər verir ki, hadisənin şəhərin “Bulvar” ərazisində baş verdiyi bildirilir.
İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Hazırda həmin şəxsin axtarışları aparılır.
