Astara çimərliyində yeniyetmə boğuldu – YENİLƏNİBbackend

Astara çimərliyində yeniyetmə boğuldu - YENİLƏNİB

Astarada dənizdə boğularaq ölən şəxsin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, Astara çimərliyində boğularaq ölən yeniyetmə rayonun Şahagacı kənd sakini 2006-cı il təvəllüdlü Rəsul Rasim oğlu Həsənovdur.

09:17

Astarada dənizdə batan uşağın meyiti tapılıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*