Astarada leysan fəsadlar törətdi: Sakinlər işıqsız qaldılarbackend

Astarada leysan fəsadlar törətdi: Sakinlər işıqsız qaldılar

Astara rayonunda yağan leysan yağışları elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub.

KONKRET.az-ın məlumatına görə, leysan nəticəsində rayonun Diqoli kəndində yüksəkgərginlikli elektrik dirəkləri aşıb.

Elektrik naqilləri kənd sakinlərinin mal-qarasının otladığı əraziyə düşüb. Nəticədə, iki iribuynuzlu heyvan tələf olub. Qəza səbəbindən ərazidəki yaşayış məntəqələri işıqsız qalıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*