“Rejimin yüksək vəzifəli məmurunun ailəsinin xaricə səfəri qəbuledilməzdir”.
KONKRET.az xəbər verir ki, bunu Astara şəhərinin imam-cüməsi Məhəmmədcavad Baqiri deyib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın xanımı, qızı və kürəkəninin yeni doğulacaq körpələrinə geyim və aksesuarlar almaq üçün Türkiyəyə səfəri geniş müzakirələrə səbəb olub.
Həm yerli, həm də dünya mediasının gündəmini zəbt edən bu məsələyə sosial mediada gələn reaksiyalarla yanaşı, İranın dövlət rəsmilərindən də münasibət bildiriblər.
“Hökumətin yüksək rəsmi şəxsinin ailəsinin üstəlik Ramazan ayında xaricə səfər etməsinə heç bir halda haqq qazandırmaq olmaq”, – deyə Baqiri etirazını bildirib.
Natiq Səlim,
KONKRET.az
