“Aşura”da qanvermə aksiyası belə təşkil ediləcək – RƏSMİbackend

"Aşura"da qanvermə aksiyası belə təşkil ediləcək - RƏSMİ

“Koronavirusla əlaqədar ölkədə fəaliyyət göstərən məscidlər işləməyəcək. Bu il “Aşura” günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək”.

KONKRET.az-ın məlumatına görə, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə müzakirə olunur:

“Sosial məsafə saxlanılmaq şərti ilə də Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*