Ata qızı ilə birgə kürəkəni öldürmüşdü – Hökm oxundubackend

Ata qızı ilə birgə kürəkəni öldürmüşdü – Hökm oxundu

Kürəkəni öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar ikisi də xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər.

Qeyd edək ki, hadisə ötən ilin yazında Biləcəri qəsəbəsində baş verib. Ata və qız sonuncunun həyat yoldaşı Ədil Məhərrəmovu kəsici-deşici alətlə öldürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*