“Ramiz Mehdiyev işi”ndə adı keçən Sərdar Cəlaloğlu danışdıbackend

“Ramiz Mehdiyev işi”ndə adı keçən Sərdar Cəlaloğlu danışdı

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.

KONKRET.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.

Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.

Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb.

Onların da məhkəmədə ifadəsi dinləniləcək.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Həmçinin digər bir məlumata görə, məhkəmədə ifadə verənlər arasında Eldar Namazov və Sərdar Cəlaloğlu da var.

Əməkdaşımız məsələ ilə bağlı Sərdar Cəlaloğlu ilə də əlaqə saxlayıb.

Lakin o, sözügedən məlumatı təkzib edib:

“Mən bu məsələ ilə bağlı heç bir ifadə verməmişəm”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*