DSMF mühüm MƏLUMAT YAYDIbackend

DSMF mühüm MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olmaqla 5 milyard 712 milyon manat təşkil edib.

KONKRET.az xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri isə 5 milyard 494 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 490 milyon manat çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*