Atadan DƏHŞƏTLİ ƏMƏL: 13 günlük körpəsinin yeməyinə zəhər qatdı – “Rahatlığımı pozurdu”backend

Atadan DƏHŞƏTLİ ƏMƏL: 13 günlük körpəsinin yeməyinə zəhər qatdı - "Rahatlığımı pozurdu"

13 günlük körpəsini zəhərləyərək öldürməyə çalışan ata həbs olunub.

 

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yalovada 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq öldürməyə cəhd edən ata həbs edilib. 41 yaşlı ata polisə ifadəsində “Sərxoş idim. Körpənin rahatlığımı pozduğunu düşündüm. Yeməyinə bir qaşıq zəhər qatdım, ondan qurtulmaq istədim” deyə açıqlama verib.

 

Yalovada yaşayan Türkan və Serhat Oskan cütlüyü oktyabrın 28-də Ecrin adını verdikləri qızlarını dünyaya gətirib. Restoranda kuryer işləyən Serhat Oskan yeni doğulan körpəyə pis rəftar edib. Türkan Oskan ərinin körpəni istəmədiyini söyləyib. Çünki Serhat WhatsApp-da “Tam rahat olaq deyərkən uşaq ayaqbağı kimi dolandı ayaqlarıma” və “Başımıza bəla gətirdik” kimi paylaşımlar edib. Bundan sonra Serhat Oskan işdən qayıdarkən 13 günlük qızı Ecrinin yeməyinə qarışqa zəhəri qatıb.

 

Vəziyyətdən xəbərsiz Türkan Oskan axşam və səhər saatlarında Ecrinə 2 butulka uşaq yeməyi içdirib. Yemək bitdikdən sonra şüşədə qalıq olduğunu anlayan Türkan əvvəlcə yeməyin xarab olduğunu düşünüb. Lakin yeməyi zibil qutusuna atarkən zəhər qutusunu görən Türkan Oskan zəhər qutusunu digər qızı ilə ilə aptekə göndərib və onlardan zəhərin qatılıb-qatılmadığını öyrənib. Əczaçı qidaya zəhər qarışdığını bildirib. Bundan dərhal sonra Ecrin reanimasiya şöbəsində müalicə olunub. 1 günlük müalicədən sonra evə buraxılan Ecrinin səhhətinin yaxşı olduğu bildirilib.
Hadisədən sonra polis Serhat Oskanı yaxalayaraq saxlayıb. Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən Serhat Oskan “qəsdən adam öldürməyə cəhd” cinayəti ilə gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*