Atası tərəfindən tərk edilən uşaqlar nənəsinə verildibackend

Atası tərəfindən tərk edilən uşaqlar nənəsinə verildi

Yanvarın 26-da Moskvanın Şeremetyevo aeroportunda atası tərəfindən tərk edilən iki azyaşlı oğlan nənəsinə verilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi Rusiya Uşaq Hüquqları üzrə Müvəkkilinin İnstitutuna istinadən məlumat yayıb.

Qardaşlar Komsomolsk-na-Amure şəhərinə göndərilib və müvəqqəti qəyyumluq sənədi ilə nənəsinə təhvil verilib.

Uşaqların evin yaxınlığındakı bir uşaq bağçasına və məktəbə gedəcəyi də dəqiqləşib.

Yanvarın 26-da Xabarovskdan Moskvanın Şeremetyevo hava limanına gələn kişi tranzit terminalında beş və yeddi yaşlı iki oğlunu tərk edib. Onlardan birinin çantasında bir məktub tapılıb. Ata bir müddət uşaqlarını sığınacağa göndərməyi xahiş edib və daha sonra oradan götürməyə söz verib. Bunu isə ağır maliyyə vəziyyəti və digər çıxışın olmaması ilə izah edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*