ATƏT Ermənistan və Azərbaycanı tezliklə uzunmüddətli sülh sazişi bağlamağa çağırdıbackend

ATƏT Ermənistan və Azərbaycanı tezliklə uzunmüddətli sülh sazişi bağlamağa çağırdı

ATƏT Ermənistan və Azərbaycanı tezliklə uzunmüddətli sülh sazişi bağlamağa çağırıb.

KONKRET.az xəbər verir ki, ATƏT PA-nın sədri Marqarita Sederfelt ATƏT Nazirlər Şurasının 28-ci iclasında çıxışı zamanı Ermənistan və Azərbaycanı uzunmüddətli sülh sazişi üzrə razılığa gəlməyə çağırıb.

Marqarita Sederfelt qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yeni sərhəd toqquşmaları hərbi əməliyyatların dairəsini genişləndirib.

“Mən hər iki tərəfdən bir araya gəlməyi və uzunmüddətli sülh müqaviləsi bağlamağı xahiş edirəm”- deyə Sederfelt vurğulayıb.

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*