ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişdibackend

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişdi

ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr Bürosunun direktoru Laura Okla ATƏT-in Minsk Qrupunun yeni həmsədri olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, bu postda 2017-ci ilin avqustundan həmsədr vəzifəsini yerinə yetirən Endryu Şoferi əvəz edib.

Okla 2022-ci ildən Dövlət Departamentində Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktorudur. Keçmişdə o, ABŞ Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə direktor vəzifəsində çalışıb.

Okla həmçinin ABŞ-ın İspaniyadakı səfirliyində İqtisadiyyat üzrə müşavir müavini və ABŞ-ın Tbilisidəki səfirliyində daxili siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

  • Vuqar
    İyun 30, 2022 - 06:22

    Olmayan təşkilatın sədrinin dəyişməsini belə reklam etmək nəyə işarədir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*