ATR telekanalının rəhbərindən Litva hökumətinə:  “Kalininqrad relslərini qırıb orada qoyun-keçi otarın”backend

ATR telekanalının rəhbərindən Litva hökumətinə: “Kalininqrad relslərini qırıb orada qoyun-keçi otarın”

Litva hökuməti Kalininqrad tranzitini məhdudlaşdırdığına görə müxalifət tərəfindən tənqid edilib.

KONKRET.az xəbər verir ki, “Alfa” nəşri bu barədə ukraynalı jurnalistlərin və siyasətçilərin münasibətini öyrənməyə çalışıb.

ukraynalı jurnalist, ATR Krım-tatar telekanalının rəhbəri Aider Mujdabayev suala eyni üsulla cavab verib: “Litvaya Belarusdan Kalininqrada gedən bu dəmir yolu xətti lazımdırmı? Əgər lazım deyilsə, onda bu xətti dağıtsın.  Əgər bu dəmiryol xəttinin yerində qoyun və ya keçilər otarsaydı, Litva daha çox fayda verərdi. Siz relsləri qıra bilərsiniz. Avropa Komissiyası isə cəhənnəmə getsin. Ona deyil, Birləşmiş Krallığa qoşulun. Rusiya Qara dənizi Ukraynadan aldı. Axı Avropa Baltik dənizini Rusiyadan almayıb. Litva Rusiyaya heç bir xidmət göstərmək məcburiyyətində deyil” – jurnalist fikirlərini tamamlayıb.

Ukraynalı jurnalist və blogger Viktor Trequbov isə fikirlərini belə izah edib:

“Biz Ukrayna olaraq Litvanın Aİ-dəki mövcudluğuna sevinirik. Eyni zamanda belə kiçik bir dövlətin bu cür diktəyə sahibləndiyinə təəccüb edirik.  Eyni zamanda, köhnə Aİ dövlətlərinə bu məsələləri təkrar izah etməli olduğumuz üçün məyusluq keçiririk.  Axı onlar ən böyük iqtisadi gücə və təsir rıçaqlarına malikdirlər. Onlar Rusiyanın bütün Avropa üçün təhlükə olduğunu başa düşməlidirlər”.

Qeyd edək ki, Litva daha əvvəl bəyan etmişdi ki, Rusiyadan Kalininqrad vilayətinə dəmir yolu ilə daşınan bütün yüklərin 15%-i sanksiyaya məruz qalan mallardır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*