Aviaşirkət Əfqanıstanda sərnişin təyyarənin qəzaya uğramasını inkar etdibackend

Aviaşirkət Əfqanıstanda sərnişin təyyarənin qəzaya uğramasını inkar etdi

“Afghan Airlines” hava yolları şirkəti bəyan edir ki, onların təyyarələri bu gün qəzaya düşməyib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, qəzaya hərbçiləri aparan təyyarə məruz qalıb. “Ariana News” xəbərlər agentliyi məlumatı təsdiq edib. Qeyd olunur ki, şirkətin direktoru vəzifəsini icra edən Mirvaz Mirzakval şirkətin təyyarəsinin Qəzni vilayətində qəzaya uğraması barədə məlumatları təkzib edib. Eyni zamanda, KİV bildirir ki, sərnişin təyyarəsinin bortunda 110 nəfər olub. İlkin məlumata görə, layner Herat şəhərindən ölkənin paytaxtı Kabilə yollanıb. Digər məlumatlara görə, təyyarə Heratdan Hindistanın Yeni Dehli şəhərinə uçuş edib. RİA Novosti xəbər verir ki, mənbəyə istinadən Əfqanıstan ordusuna məxsus təyyarə qəzaya uğrayıb. “Əfqan Milli Ordusunun təyyarəsi günorta saatlarında Qəzni vilayətinin Deh Yak rayonunda qəzaya uğrayıb. Ölənlər haqqında heç bir məlumat yoxdur”, – mənbə bildirib. Əgər məlumat təsdiqlənərsə, bu, ilin əvvəlindən etibarən, ikinci böyük təyyarə qəzası olacaq. Bununla yanaşı, ötən il təyyarə qəzası qurbanlarının sayı 2018-ci illə müqayisədə təxminən iki dəfə azalaraq 293 nəfər təşkil edib. İkinci Dünya Müharibəsindən bəri Mülki aviasiya tarixində üçüncü ən təhlükəsiz il olub. Yalnız 2013 və 2017-ci illərdə daha az adam ölüb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*