AVRO-2020: Azərbaycan şansını qorudu, Almaniya qələbə qazandı – NƏTİCƏLƏRbackend

AVRO-2020: Azərbaycan şansını qorudu, Almaniya qələbə qazandı - NƏTİCƏLƏR

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində VI turun növbəti görüşləri keçirilib.

Konkret.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qrupda 10 matç baş tutub.

Gecənin mərkəzi görüşü C qrupunda Şimali İrlandiya və Almaniya milliləri arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 12-yə çatdıran Bundestim britaniyalılarla xallarını bərabərləşdirib və daha üstün göstərici ilə ilk pilləyə qalxıb.

E qrupunda lider Macarıstan ötən tur evdə Xorvatiyaya böyük hesabla uduzmuş Slovakiyanı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Dünya vitse-çempionları ilə heç-heçə sayəsində ilk xalını qazanan Azərbaycan növbəti mərhələ şansını nəzəri də olsa, saxlayıb.

Bir cavab yazın