Avropa Birliyi “smartfonlar” üçün yeni qanun hazırladıbackend

Avropa Birliyi "smartfonlar" üçün yeni qanun hazırladı

Avropa Birliyi Apple və Samsung kimi şirkətlərin smartfon və planşetlərinin batareya ömrünü uzatmaq və ehtiyat hissələrinə asan çıxışı təmin etmək üçün qanunlar hazırladıqlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Avropa Komissiyası enerjiyə qənaətcil və davamlı olmaq üçün ağıllı telefonlar və planşetlər kimi müxtəlif elektron məhsulların ekoloji cəhətdən təmiz dizaynı üçün qanun layihəsini dərc edib.

Qanun layihəsinə əsasən, istifadəçinin açıq razılığı olmadan əməliyyat sisteminin proqram təminatının yenilənməsi və ya texniki vasitələrin yenilənməsindən sonra bu məhsulların enerji sərfiyyatı pisləşməyəcək. Proqram təminatı yeniləməsi məhsulun performansına mənfi təsir göstərməyəcək. Cihazlarda yeniləmənin rədd edilməsi nəticəsində heç bir performans dəyişikliyi olmayacaq.

İstehsalçılar öz cihazları satışa çıxarıldıqdan sonra 5 il ərzində akkumulyatorlar, qapaqlar, ekranlar, kameralar, düymələr, dinamiklər, mikrofonlar kimi 15 müxtəlif ehtiyat hissələrini peşəkar təmirçilərə təqdim etməli olacaqlar. Həmçinin 5 il müddətində akkumulyator, ekran, arxa qapaq, sim və yaddaş kartı yuvası kimi ehtiyat hissələri əldə edə biləcəklər. İstehsalçılar xarab cihazların təmiri üçün ağlabatan və mütənasib ödəniş alacaqlar.

Cihazın akkumulyatorlarının tutumu 500 tam şarjdan sonra 83 faizdən aşağı düşməməli, min tam şarjdan sonra isə 80 faiz tutumlu olmalıdır.

Aİ Komissiyası sentyabr ayı ərzində layihə ilə bağlı ictimai rəyi toplayaraq tənzimləməni yekunlaşdıracaq.

Qeyd edək ki, Aİ daha əvvəl 2024-cü ilin payızına qədər üzv dövlətlərdə satılan smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlarda USB-C şarj portlarının istifadəsini məcburi edəcək qanun hazırlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*