Avropa futbol qurumu millinin oyununda yaşananlara görə AFFA-nı cərimələdibackend

Avropa futbol qurumu millinin oyununda yaşananlara görə AFFA-nı cərimələdi

UEFA AFFA-nı 2 500 avro cərimələyib.

KONKRET.az-ın məlumatına görə, buna qadın futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstana Bakıda uduzduğu Avropa çempionatının seçmə mərhələ oyunundan sonra yaşananlar səbəb olub.

Milli assosiasiya qarşılaşmadan sonra meydana kənar şəxslər girdiyi üçün cərimə ödəməli olacaq.

Qeyd edək ki, görüş macarların 5:0 hesablı qələbəsi ilə bitib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*