Kiyevdə hücum və çoxsaylı itkilərdən sonra sabah matəm günü elan edilib.
KONKRET.az bildirir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.
“Paytaxtda əyləncə tədbirləri qadağan olunacaq”, – Kliçko bildirib.
Qeyd edək ki, Rusiyanın bu gün Kiyevə kütləvi raket və PUA hücumları nəticəsində 5 nəfər ölüb, 40-a yaxın insan yaralanıb./axar.az
