​İkardiyə 2 illik müqavilə: Bu qədər maaş alacaqbackend

​İkardiyə 2 illik müqavilə: Bu qədər maaş alacaq

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin karyerası ilə bağlı qeyri-müəyyənliyə son qoyulub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi argentinalı hücumçuya 2 illik yeni müqavilə təklif edib.

Məlumata görə, İkardi ildə 4 milyon avro maaş alacaq. Bundan əlavə, o, hazırkı müqaviləsində olduğu kimi, bonuslar və imic hüquqlarını da özündə saxlayır. Bu isə əlavə gəlir deməkdir.

Qeyd edək ki, Mauro İkardi bu il “Qalatasaray” forması ilə 46 matça çıxıb. Argentinalı ulduz rəqib qapılarından 16 qol keçirib və 3 qolun ötürməsini verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*