Avropa İttifaqı Bakı və İrəvanı hərbi əməliyyatları və sərhədin intensiv atəşə tutulmasını dayandırmağa çağırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar sosial şəbəkələrdə yazıb:
“Avropa İttifaqı gərginliyin azaldılmasına kömək etmək üçün tərəflərlə sıx təmasdadır”.
İqbal Rzayev,
KONKRET.az
