Avropa İttifaqından çağırış: “Qarabağda gərginliyi azaltmaq vacibdir”backend

Avropa İttifaqından çağırış: "Qarabağda gərginliyi azaltmaq vacibdir"

“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər yerlərində baş vermiş hərbi toqquşmaları dərhal dayandırmağa çağırır”.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında qeyd olunub.

O qeyd edib ki, bu toqquşmaların insan tələfatına və yaralanmalara səbəb olması təəssüf doğurur.

Bu baxımdan gərginliyi azaltmaq, atəşkəsə tam hörmət etmək və danışıqla həll yollarını axtarmaq vacibdir.

Peter Stanon Aİ-nin gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*