Avropa İttifaqından Lukaşenkoya AĞIR ZƏRBƏbackend

Avropa İttifaqından Lukaşenkoya AĞIR ZƏRBƏ

“Avropa İttifaqı Aleksandr Lukaşenkonun inauqurasiyasını və yeni prezidentlik müddətini tanımır və həmçinin Belarusla münasibətlərə yenidən baxacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrelin bəyanatında qeyd olunub.

J.Borrel bildirib ki,  Aleksandr Lukaşenkonun keçirdiyi 23 sentyabrdakı qondarma inauqurasiya və yeni mandat kifayət qədər demokratik legitimliyə malik deyil.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib.

Seçkidən sonra ölkədə nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Müxalif namizədlərə aid bütün seçki qərargahları seçki nəticələrini tanımadığını açıqlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*