“Aİ-nin müşahidəçiləri kəşfiyyat üçün gəlirlər, mən bunda böyük təhlükə görürəm”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına hərbi ekspert Ayk Naapetyan bildirib.
O bildirib ki, müşahidəçilərin vəzifəsi toqquşmaları dayandırmaq deyil.
“Onlar kəşfiyyat işləri aparır və lazım gələrsə, Yuqoslaviya və Kosovoda olduğu kimi toqquşmalara səbəb olacaqlar.
İndi müşahidəçi göndərən Aİ-yə üzv dövlətlər bu qədər xeyirxah idilərsə, 44 günlük müharibəni dayandırardılar. Azərbaycanın “təcavüz”ünə heç bir Aİ və ya NATO üzvü öz münasibətini bildirmədi. İndi Qarabağda “120 min” insan “blokada”dır. Lakin onlar Azərbaycan və Türkiyəni heç vaxt tənqid etməyəcəklər. Çünki onlarla sıx əməkdaşlıq edirlər. Xalqın beynini yumağa yönəlmiş bir neçə bəyanat verirlər, vəssalam.
Əlbəttə, bu müşahidəçilərin başqa bir problemi həll edəcəyi göz qabağındadır. Mən bunda çox böyük təhlükə görürəm. Onlar İrana görə gəlirlər. Çünki Qərb İrana qarşı hərbi təcavüz etməyə hazırlaşır, üstəlik burada kəşfiyyat işləri aparılacaq”, – Naapetyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
