Avropa nədən narahatdır?backend

Avropa nədən narahatdır?

“Avropa dövlətləri Vaşinqton və Moskvanın bütün regiona təsir edə biləcək danışıqlara təkbaşına getməsinə imkan verməməlidir”.

KONKRET.az xəbər verir ki, bu barədə fransalı diplomat və analitik Mişel Düklo “Le Monde” qəzetindəki yazısında qeyd edib.

O, bir sıra Avropa ölkələrinin hakimiyyət orqanlarına müraciət edərək, Rusiya Federasiyası və ABŞ-ni danışıqlara “cəlb edilməsi strategiyası” üzrə mümkün qədər tez razılığa gəlməyə çağırıb.

Düklosun sözlərinə görə, hazırda Vaşinqton və Moskvanın hər hansı saziş bağlaya biləcəyinə zəmanət yoxdur. Eyni zamanda, Avropa Rusiya Federasiyası ilə ABŞ arasında aparılan danışıqların nəticələrindən asılı olmayaraq çox şey itirmək riski altındadır.

Bundan əvvəl Almaniya etiraf etmişdi ki, Tramp Ukraynanın maraqlarını nəzərə almadan Rusiya Federasiyası ilə sövdələşə bilər.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*