Avropa Şurasının komissarı Azərbaycanın onu Qarabağa buraxmamasından şikayətlənib.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclası zamanı Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç bildirib. O, Azərbaycanın Qarabağ bölgəsinə getməyə cəhd göstərsə də, ona ora getməyə icazə verilməyib.
Məlumat üçün bildirək ki, Azərbaycanın Qarabağ bölgəsinə sərhədyanı ölkələrin ərazisindən daxil olmaq üçün Bakıdan icazə almaq və bütün sərhəd prosedurlarından keçmək lazımdır.
Xuraman Etibarlı,
KONKRET.az
