“Avroviziya-2022”: Səsvermə zamanı nə baş verib? – FOTObackend

"Avroviziya-2022": Səsvermə zamanı nə baş verib? - FOTO

Ötən həftə İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində səsvermə ilə bağlı qalmaqala aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki, Avropa Yayım Birliyi Azərbaycan da daxil olmaqla 6 ölkəyə qarşı tədbiq etdiyi sanksiyanın səbəbini açıqlayıb.

Bildirilib ki, sözügedən ölkələr öz aralarında anlaşaraq yarımfinalda ancaq bir-birlərinə səs veriblər.

Xatırladak ki, yarışmanın canlı efiri zamanı təşkilatçılar, “Azərbaycanı texniki səbəblərdən səsverməyə qoşa bilmirik” deyərək səhv ballar açıqlamışdırlar. 

Nəticədə Azərbaycanın 12 balı ukraynalı musiqiçilərə deyil, Böyük Britaniyaya getmişdi. Qeyd edək ki, “Avroviziya-2022”nin qalibi Ukraynanın “Kalush Orchestra” qrupu olub. Qrup “Stefania” mahnısı ilə 611 xal toplayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*