Avstraliya hökuməti qarışqalara milyard dollarlıq müharibə elan etdibackend

Avstraliya hökuməti qarışqalara milyard dollarlıq müharibə elan etdi

Avstraliyada qarışqalarla mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard dollar ayrılıb.

KONKRET.az xəbər verir ki, 2032-ci ilə qədər Kvinslend əyalətində qarışqaların tamamilə yox olması hədəflənib.

Buna səbəb qarışqaların vətəndaşların həyatlarına mənfi təsiridir. Səlahiyyətlilər qeyd ediblər ki, plana görə 2032-ci ilə qədər Kvinslend əyalətində “qırmızı atəş” qarışqalarının istilası tam aradan qaldırılmalıdır.

Vurğulanıb ki, ölkədə hər il orta hesabla 8,6 milyon adam bu növ qarışqalar tərəfindən dişlənilir. Bu günə 43-174 min aralığında insan qarışqa dişləməsi səbəbindən allergik reaksiya verib və onların tibbi müdaxiləyə ehtiyacı yaranıb.

Tədqiqatçıların təxminlərinə görə, vətəni Cənubi Afrika qitəsi olan “qırmızı atəş” qarışqaları 23 il əvvəl ölkənin qərbindəki Brisben limanından qitəyə daxil olub və Kvinslend əyalətinin cənubunda yayılıb.

Ölçüsü 2,4-6,0 millimetr olan bu növ qarışqalar dişlədiyi zaman ifraz etdiyi feromonla bütün sürünün eyni anda hücuma keçməsinə səbəb olur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*