Avstraliyanın şərqində son 50 ildə nəsli kəsildiyi güman edilən qulaqsız kərtənkələnin kiçik bir populyasiyası tapılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Viktoriya çəmənliklərindəki qulaqsız kərtənkələlər uzun illər ərzində nəsli kəsilmiş hesab olunurdu. Sonuncu dəfə vəhşi təbiətdə sürünənlər 1969-cu ildə görülüb.

Məlumata görə, mühafizə məqsədi ilə dövlət heyvanların yerini gizlədir.
Qeyd olunur ki, bu kiçik sürünən bir vaxtlar Avstraliyanın Viktoriya ştatında geniş yayılıb, lakin zaman keçdikcə müxtəlif amillər (insan fəaliyyəti nəticəsində yaşayış yerlərinin itirilməsi, tülkü və vəhşi pişik kimi yırtıcıların ölkəyə gətirilməsi) populyasiyanın azalmasına səbəb olub.
Məlumata görə, Avstraliyada 70-dən çox kərtənkələ növü var. Viktoriya kərtənkələsi “Tympanocryptis pinguicolla” adlanır. Belə ki, bu sürünənlərin xarici qulaq deşiyi və funksional qulaq pərdəsi yoxdur, uzunluğu 15 sm-dən çox deyil.
İqbal Rzayev,
KONKRET.az
