“Şənbə-bazar günləri şəhərlərarası ictimai nəqliyyatla bağlı məsələyə gəlincə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən əvvəlcə verilmiş qərara dəyişiklik edilməyib”.
KONKRET.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, ölkə daxilində ictimai nəqliyyatın hərəkəti necə tənzimlənirsə, şəhərlərarası da o cür tənzimlənəcək və məhdudiyyət davam edəcək:
“Mayın 31-nə qədər yeni qərar olarsa, sərnişinləri məlumatlandıracağıq”.
