Avtomobili olmayan vətəndaşın ünvanına cərimə protokolları gəlib.
KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir vəziyyətlə Biləsuvar sakini Amid Əliyev üzləşib.
O, sürücü kimi cəmi 10 gün işləyib. Lakin 2 gün əvvəl ona tanımadığı avtomobilin cərimələri gəlməyə başlayıb.
Taksi fəaliyyəti göstərmək üçün sürücülük vəsiqəsi alan vətəndaş deyir ki, ünvanına gələn cərimələrin heç biri ona aid deyil. Bir müddət əvvəl taksi şirkətində işləsə də, indi gələn cərimələr o avtomobilə də aid deyil.
Amid Əliyevin sözlərinə görə, cərimələr eyni gün və eyni saatda ard-arda gəlib. Hazırda ona 800 manat və 8 cərimə balı yazılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, vətəndaş problemlə əlaqədar quruma yazılı şəkildə müraciət etməlidir. Sonra vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün qanuna uyğun tədbirlər görüləcək.
Ətraflı süjetdə:
KONKRET.az