Avtomobilin vurduğu piyada xəstəxanada öldü –  YENİLƏNİBbackend

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - YENİLƏNİB

Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.

KONKRET.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən gecə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabadda avtomobil piyadanı vurub.

KONKRET.az xəbər verir ki, hadisə Cəfərli kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. M.Abıyev ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*