Avtomobillərdən oğurluq edən şəxs tutuldubackend

Avtomobillərdən oğurluq edən şəxs tutuldu

Bakıda maşınlardan oğurluq edən Füzuli sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda “KİA”, “Mercedes” və “QAZel” markalı 3 avtomobildən və 2 nəfərdən mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Samir İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*