Kadırov “Axmat” xüsusi təyinatlılarının komandanı və ikinci ordu korpusunun komandir müavini Aptı Alaudinova sui-qəsd edildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalda bildirib.
Onun sözlərinə görə, Çeçenistan rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinovu zəhərləməyə cəhd ediblər.
Fevralın 8-də Alaudinovun adyutantı general üçün mesaj olan zərf alıb. Məlum olub ki, məktub zəhərli maddə ilə hopdurulub. Apti Alaudinov bunu spesifik qoxu ilə başa düşüb və vaxtında tədbir görüb. O, əllərini təmizləyib və burun boşluğunu yuyub. Zərflə təmasda olan generalın adyutantları da belə ediblər.
Zəhərlənənlər tibb batalyonuna yerləşdirilib. Başçının və biri peşəkar toksikoloq olduğu üzə çıxan iki həkim döyüşçünün bacarıqlı və səriştəli hərəkətləri nəticəsində ağır nəticələrin qarşısı alınıb.
İndi Alaudinov və hər iki adyutant sağalmaq üzrədir. Faktla bağlı şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Xuraman Etibarlı,
KONKRET.az
