Axtarışda olan 107 nəfər SAXLANILDIbackend

Axtarışda olan 107 nəfər SAXLANILDI

Daxili İşlər Nazirliyi (DİN) avqustun 21-də ölkə ərazisində keçirilən əməliyyat tədbirlərinin nəticələrini açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, gün ərzində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olan ümumilikdə 107 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşları narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən ediblər.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*