Ay tutulması başladı – Azərbaycanda da müşahidə olunacaqbackend

Ay tutulması başladı - Azərbaycanda da müşahidə olunacaq

2020-ci ilin ikinci Ay tutulması başlayıb.

KONKRET.az-ın məlumatına görə, ikinci Ay tutulması iyunun 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayır və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq.

Bu hadisə Azərbaycan ərazisindən də müşahidə olunur.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*