Aya ayaq basan ikinci astronavtın gödəkçəsi rekord qiymətə satıldı – FOTObackend

Aya ayaq basan ikinci astronavtın gödəkçəsi rekord qiymətə satıldı - FOTO

Aya ayaq basan ikinci insan Bazz Oldrinin Apollo 11 missiyasında geyindiyi gödəkçə Nyu-Yorkda keçirilən hərracda 2,8 milyon dollara satılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, gödəkçə 92 yaşlı astronavtın satışa çıxartdığı 69 şəxsi əşyadan biridir.

Gödəkçə indiyə qədər hərracda satılan ən qiymətli Amerika kosmos artefaktı olub.

Qeyd edək ki, keçmiş astronavt 1969-cu ildə Aya gedən missiyanın üç nəfərlik heyətinin sağ qalan yeganə üzvüdür.

Oldrin altı günlük kosmos səyahətinin çox hissəsini bu gödəkçə ilə keçirib. Dünyanın hər yerindən təxminən 650 milyon insan bu anı televiziyada izləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*