Ayaz Mütəllibov: “Türkiyənin Qarabağda olmasının xüsusi əhəmiyyəti var”backend

Ayaz Mütəllibov: "Türkiyənin Qarabağda olmasının xüsusi əhəmiyyəti var"

“Biz 44 gün ərzində igid oğullarımızın qəhrəmanlıqlarının şahidi olduq”.

Bu fikirləri KONKRET.az-a danışan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bildirib.

Ayaz Mütəllibov qeyd edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədən sonra möhtəşəm qələbə əldə edib: “Bu qələbə hər birimizi qürurlandırdı. Biz 44 gün ərzində hərbiçilərimizin qəhrəmanlıqlarının şahidi olduq. Allah əsgərlərimizi xoşbəxt etsin və onları xəta-bəladan uzaq etsin. Sevincimizin həddi-hüdudu yoxdur. Hər birimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşməliyik. Bu gün erməni təcavüzkarlarına dərs verməyin zamanıdır. Bir olaq və güclü olaq. Ordumuzun qələbə qazanacağından əmin idim”.

Ayaz Mütəllibov vurğulayıb ki, Türkiyə bizə qardaş ölkədir: “Türkiyənin Qarabağda olmasının xüsusi əhəmiyyəti var. Biz Türkiyənin xidmətlərini və dəstəyini yüksək qiymətlədiririk. Bilirsiniz ki, müharibə başlayan gündən qardaş Türkiyə bizim yanımızda oldu və mənəvi dəstəyini əsirgəmədi. Türkiyə səmimi xalqdır və mehriban xalqdır”. 

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*