Azad Əsgərov karantin qaydalarını pozub? – AÇIQLAMAbackend

Azad Əsgərov karantin qaydalarını pozub? - AÇIQLAMA

Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovun karantin qaydalarını pozmasına dair xəbər yayılıb.

KONKRET.az-ın xəbərinə görə, qurum rəhbəri yayılan məlumatları təkzib edib.

“Bu xəbərlərin heç bir əsası yoxdur. Federasiyanın idman zalı martın 2-dən bağlanıb. Biz karantin rejiminin qaydalarına xüsusi olaraq riayət edirik. Hətta bununla bağlı çağırış edərək, #bizbirlikdəgüclüyük, #evdeqal şüarı altında sosial çarx da hazırlamışıq. Mən rəhbər şəxs olaraq qaydalara necə əməl etməyə bilərəm?” – deyə A.Əsgərov qeyd edib.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*