Azad olunmuş ərazilərdəki xəstəxanalar təcili tibbi yardım avtomobilləri ilə təmin ediləcəkbackend

Azad olunmuş ərazilərdəki xəstəxanalar təcili tibbi yardım avtomobilləri ilə təmin ediləcək

İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 9-da yeni alınan xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verib.

O bildirib ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 differensiallı (4×4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*