AZAL-ın yeni rəhbəri parklanma və icarə qiymətlərini ARTIRDIbackend

AZAL-ın yeni rəhbəri parklanma və icarə qiymətlərini ARTIRDI

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb.

KONKRET.az Gununsesi.info-ya istinadla xəbər verir ki, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb.

Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar üçün olub.

Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır.

Bahalaşma ilə bağlı Hava Limanından şərh almaq mümkün olmayıb.

  • Haller
    Yanvar 20, 2024 - 20:05

    Aferin…bu vezifeye layiqsen!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*