Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardıbackend

Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı

Dövlət Statistika Komitəsinin (DSK) vəzifəli şəxsi işdən çıxarılıb. 

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bununla bağlı DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, komitənin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev vəzifəsindən azad edilib.

Hələlik sözügedən mərkəzə yeni direktor təyin olunmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamla Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. O, bu vəzifədə Tahir Budaqovu əvəzləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*