“Azərbaycan artıq Qarabağla bağlı danışıqlar aparmır, indi Zəngəzur təhlükədədir” – Akopyanbackend

"Azərbaycan artıq Qarabağla bağlı danışıqlar aparmır, indi Zəngəzur təhlükədədir" - Akopyan

“Azərbaycan artıq Qarabağla bağlı danışıqlar aparmır”.

KONKRET.az xəbər verir ki, bunu erməni ordusunun komandiri, general Movses Akopyan deyib. O bildirib ki, Azərbaycan tərəfi artıq Qarabağla bağlı məsələni həll etdiyi üçün bu barədə danışmır.

“Azərbaycan artıq Qarabağla bağlı danışıqlar aparmır və ümumiyyətlə, bu məsələ ilə bağlı Ermənistan tərəfindən artıq heç kim heç nə soruşmur. Paşinyan Qarabağın statusu ilə bağlı səviyyəni aşağı sala bilməz, çünki o, artıq döşəmənin altındadır.

Akopyan Zəngəzurun təhlükə altında olmasından narahatlığını ifadə edib.

“İndi Zəngəzur daha çox təhlükədədir, hər an itirə bilərik”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*