Azərbaycan bizə böyük yardım göstərdi – İrpen meribackend

Azərbaycan bizə böyük yardım göstərdi - İrpen meri

Biz İrpen şəhər Zərifə Əliyeva adına 12 saylı tam orta məktəbin təmirinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarıq. Azərbaycan Ukraynaya, İrpenə çətin dövrdə yardım göstərdi.

KONKRET.az xəbər verir ki, bunu Report-a İrpen şəhərinin meri Aleksandr Markuşin deyib.

Onun sözlərinə görə, Azərbaycanla İrpen arasında uzun illərdir ki, dostluq münasibətləri var:

“Şəhərimizdə Zərifə Əliyeva adına park, Zərifə Əliyevanın abidəsi var. Üstəlik, əsas küçələrimizdən, hətta ən böyük məktəblərimizdən biri Zərifə Əliyevanın adını daşıyır. Biz real addımlarla öz dostluğumuzu təsdiqləmişik. Yeri gəlmişkən, Rusiyanın Ukraynaya hücumundan sonra məhz İrpen özünü fəda etmək bahasına Kiyevi qorudu. Ukrayna bu şəhərdə Rusiya ordusu üzərində qələbə qazandı. Nəticədə Rusiya qoşunları Belarus istiqamətində geri çəkilməyə məcbur oldu. Bu məqamda dostlarımızın, strateji tərəfdaşlarımızın məktəbin təmirinə kömək etməsinə ehtiyac duyulurdu. Rusiyanın hücumu nəticəsində bu məktəbə ziyan dəymişdi. İdman zalı, mərkəzi korpus və məktəbin damı bombardman nəticəsində dağıdılmışdı, pəncərələrin hamısı sınmışdı. Azərbaycan tərəfi bizə böyük dəstək göstərdi və məktəbin təmirini öz üzərinə götürdü. Bununla da Azərbaycan təkcə Ukraynanın deyil, həm də “qəhrəman şəhər” İrpenin böyük dostu olduğunu göstərdi. Şəhərimizin ən böyük məktəbinin sentyabrın 1-dək təmir edilərək fəaliyyətinə başlamasına görə öz adımdan, İrpen sakinləri adından SOCAR-a, Azərbaycanın Ukraynadakı səfirinə və Azərbaycan diasporuna minnətdarıq. Siz Ukraynamızın, şəhərimizin həqiqi dostusunuz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*